RU

David Babayan müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış edib - MƏHKƏMƏ

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.

Aznews.az xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxs Babayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, David Babayan Ermənistan tərəfindən davam etdirilən təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif “vəzifələr”də işləyib. Bu, həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş ona aid sənədlər əsasında təsdiqlənib.

İttiham tərəfi 1998-2023-cü illər ərzində baş vermiş cinayət hadisələrini bütövlükdə D.Babayana ona görə aid edib ki, o, hərbi qulluqçu olmasa belə, sadə mülki vətəndaş olmayıb.

İşin faktiki halları, məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı sübutlar, o cümlədən təqsirləndirilən şəxsə bilavasitə aid sənəd və materiallar, habelə təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələr onu göstərir ki, D.Babayan bilavasitə əlinə silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkar birliyin ideologiyasının və qondarma qurumun siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edib. O, cinayətkar birliyin məqsədləri üçün törədilən cinayətlər barədə agah olub, imkanları daxilində olsa da, bu cinayət hadisələrinin qarşısının alınması üçün hər hansı tədbir görməyib, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bununla da o, qeyd edilən dövr ərzində baş vermiş cinayət hadisələrinin törədilməsində dolayı yolla iştirak edib.

Vurğulanıb ki, D.Babayan müsahibə və sosial şəbəkə paylaşımlarında cinayətkar birliyin əməllərinə haqq qazandıran, işğalın davam etdirilməsi, hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini vurğulayan” fikirlər səsləndirib.

Избранный
5
34
aznews.az

10Источники