RU

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib. 

Vətəninfo.az  xəbər verir ki, Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)

“Azərbaycan Bayrağı” ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir

“İgidliyə görə” medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.

Избранный
9
48
veteninfo.az

10Источники