RU

Çin şirkətləri iqtisadi və infrastruktur sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

Bakı. Trend:

Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və ÇinYol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləriAzərbaycanla iqtisadi və infrastruktur sahələrdə Azərbaycanlaəməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə noyabrın 7-də Azərbaycanınmaliyyə nazirinin birinci müavini Anar Kərimovun ölkədə səfərdəolan Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və ÇinYol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri ilə görüşüzamanı məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin avqust ayında Çinə səfəri zamanı keçirilmiş görüşlərdəəldə olunan razılaşmaların davamı olaraq, iqtisadi və maliyyəsahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsinəhəsr olunub. Qeyd edilib ki, həmin yüksək səviyyəli səfər iki ölkəarasında iqtisadi-ticarət əlaqələrinin, həmçinin infrastruktur vəinvestisiya sahəsində tərəfdaşlığın daha da inkişafına mühüm təkanverib.

A. Kərimov ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, busahədə həyata keçirilən layihələr, o cümlədən “Bakı şəhərində vəətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinədair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyatakeçirilməsi nəzərdə tutulan infrastruktur layihələri barədə məlumatverib.

Bildirilib ki, Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsizvə ekoloji baxımdan səmərəli nəqliyyat sistemininformalaşdırılması, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətininartırılması və yol-nəqliyyat şəbəkəsinin daha səmərəli idarəolunması, regional miqyasda logistika əlaqələrinin şaxələnməsihökumətin əsas prioritetləri sırasındadır.

Çin nümayəndə heyəti qeyd olunan layihələrdə iştirak etmək,eləcə də layihələrin texniki, mühəndislik, tikinti və maliyyətəminatı sahələrində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlıolduqlarını ifadə ediblər.

Çin İxrac və Kredit Sığorta Korporasiyasının baş direktorununmüavini Çenq Tao Azərbaycanda son illərdə həyata keçirilənirimiqyaslı infrastruktur və nəqliyyat layihələrinin təkcə daxilideyil, həm də regional səviyyədə logistika əlaqələrininşaxələnməsinə, beynəlxalq ticarət marşrutlarının rəqabətqabiliyyətinin artmasına və nəqliyyat axınlarınınoptimallaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb. Bu baxımdano, Azərbaycan ilə iqtisadi və infrastruktur sahələrindəəməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Избранный
49
5
az.trend.az

6Источники