RU

500 milyon dollar oğurlayan məşhur bloger və həyat yoldaşı bu ölkədə öldürülüb

Birləşmiş Ərəb Əmirliklərində məşhur kriptovalyuta fırıldaqçısı Roman Novak və onun həyat yoldaşı Anna öldürülüb.

Publika.az xəbər verir ki, “Moskovski Komsomolets” yazır ki, cütlüyün Rusiyadakı qohumları ilə əlaqə təxminən bir ay əvvəl kəsilib.

Cinayətkarların pul tələb etmək məqsədilə onları qaçırdıqları, lakin istədiklərini əldə edə bilmədikləri üçün “onları öldürərək qurtulduğu” iddia edilir.

Qurbanların mobil cihazları yoxa çıxdıqdan iki gün sonra Hatta və Oman bölgələrində, daha sonra Cənubi Afrikanın Keyptaun şəhərində qeydə alınıb, bundan sonra əlaqə kəsilib.

Öldürülən qadının atası azyaşlı nəvələrini götürmək üçün təcili olaraq Dubaya uçub. Hüquq-mühafizə orqanlarının fəal iştirakı ilə cinayətin üstü açılıb. Rusiya vətəndaşı olan bütün şübhəlilər artıq həbs ediliblər və tezliklə Sankt-Peterburqa aparılacaqlar.

Избранный
86
publika.az

1Источники