Sosial şəbəkədə "Pa jizni Cesi" səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov saxlanıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, səbəb sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar nümayiş etdirilməsidir.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində tanınmış tiktokerin barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.