RU

Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib

Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Bu barədə qərarı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov imzalayıb. Əmrə əsasən, Ruhiyyə Vaqif qızı İmanova məktəbin yeni direktoru olub.

Məktəbin sabiq direktoru Sevda Sarıyeva barəsində nöqsanlara yol verdiyi və müəllimləri təhqir etdiyi üçün işdən azadetmə qərarı verilmişdi.

Избранный
4
10
anews.az

10Источники