Ajans.azxəbər verir ki, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb. Yerli KİV Dağıstanda turistləri daşıyan helikopterin qəzaya uğradığını yazıb. "Baza" Telegram kanalının məlumatına görə, Ka-226 helikopterini göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib. (Mənbə APA)