RU

Zakir Fərəcovun sakinlərlə səyyar görüşləri davam edir FOTOLAR

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Noyabrın 7-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib.

"Unikal" xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və yerli sakinlər iştirak ediblər.

Sakinlər tərəfindən əsasən sosial rifah, kommunal xidmətlərin təkmilləşdirilməsi, infrastruktur problemləri, məşğulluq və digər məsələlər qaldırılıb. Şəhər rəhbəri vətəndaşların müraciətlərini diqqətlə dinləyib, bir sıra məsələlər yerində həllini tapıb. Digər müraciətlərlə bağlı isə aidiyyəti təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
unikal.az

2Источники