RU

Baş Prokurorluqda Zəfər gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı.Trend:

7 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının BaşProkurorluğunda “Vətən Müharibəsi”ndəki qələbənin beşinci ildönümü,“8 Noyabr Zəfər Günü” münasibətilə Vətən Müharibəsi iştirakçılarıilə görüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ulu Öndər Heydər Əliyevin vəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarındankeçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedilib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru,I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev əldə edilmişzəfərə görə möhtərəm cənab prezident, Silahlı Qüvvələrin MüzəffərAli Baş Komandanı İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusunadərin minnətdarlığını ifadə edərək, torpaqlarımızın və ərazibütövlüyümüzün bərpası uğrundan canlarından keçmiş şəhidlərimizinruhlarına öz dərin ehtiramını bildirib, qazilərimizə Allahdan şəfadiləyərək, bu zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarınaməlumat verib, müharibə dövründə prokurorluq orqanlarınınəməkdaşlarının xidməti fəaliyyətlərinə toxunub.

Eyni zamanda Baş prokuror tərəfindən vurğulanmışdır ki, 2020-ciildən sonrakı dövrdə prokurorluq orqanlarına keçirilmiş qəbulimtahanlarında iştirak edərək müvəffəqiyyət əldə etmiş 21 nəfər“Vətən Müharibəsi” iştirakçısı daimi qulluğa qəbul olunub.

Bundan sonra “Vətən Müharibəsi” dövründə xidməti vəzifələriniyüksək səviyyədə yerinə yetirmiş prokurorluq əməkdaşlarından Şirvanşəhər prokuroru Kamal Talıbovun, Azərbaycan Respublikası HərbiProkurorluğunun Kriminalistika şöbəsinin böyük prokuroru TuralNuriyevin, Azərbaycan Respublikasının Baş prokuroru yanındaKorrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər vətəhqiqat idarəsinin prokuroru Ozal Həsənovun, o cümlədən öncəbhədəki döyüşlərdə iştirak etmiş Gəncə şəhər prokurorluğununböyük müstəntiqi İlkin Şıxməmmədovun, Bakı şəhəri Suraxanı rayonprokurorluğunun müstəntiqi Elvin Quliyevin çıxışlarıdinlənilib.

Tədbirin sonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş videoçarxnümayiş etdirilib, xatirə şəkili çəkilib.

Baş
Baş
Baş
Baş
Избранный
15
8
az.trend.az

3Источники