RU

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev kənd təsərrüfatı, “yaşıl” enerji, ətraf mühitin mühafizəsi və mexaniki avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən bir sıra Çin şirkətlərinin nümayəndələri ilə görüşüblər.

Agentliyin məlumatına görə, görüşdə Azərbaycanda reallaşdırılan layihələr, yaradılan sənaye və logistika infrastrukturu, xarici investorlar üçün mövcud imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, əsasnaməsi yenicə təsdiq olunan “Invest in Azerbaijan” informasiya sistemi xarici investorlar üçün vahid məlumat mənbəyi kimi fəaliyyət göstərəcək.

Görüşdə həmçinin Azərbaycan-Çin birgə sənaye parkının yaradılması və ikitərəfli investisiya tərəfdaşlığı perspektivləri müzakirə olunub.

Избранный
5
1
vergiler.az

2Источники