BAKI, 7 noyabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova “general-mayor” ali hərbi rütbəsi verilib.
Bundan başqa, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova “kontr-admiral” ali hərbi rütbəsi verilib.
Teleqraf bu məqamda ali hərbi rütbələr verilən zabitlərlə bağlı məlumatları təqdim edir:
Ümidvar Quliyev Heydər Əliyev adına Hərbi İnstitutun rektorudur.
Vətən müharibəsi iştirakçısı döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif edilib.
Etibar Məhərrəmov isə Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisidir.
44 günlük Vətən mübaribəsi iştirakçısı Laçın rayonunun Sus kəndindəndir.O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
Şahin Məmmədov isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanıdır.