RU

Daha bir şəxs general-leytenant oldu

Bu gün Prezident İlham Əliyev general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

Hurriyyet.az Ağamir Sultanovun tərcümeyi-halını təqdim edir:

O, Raket və Artilleriya Qoşunlarının komandanı, Vətən müharibəsinin komandanlarından biridir.

Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Polkovnik-leytenant Ağamir Sultanov Prezident İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.

Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilib.

Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.

Избранный
14
2
hurriyyet.az

3Источники