RU

Dövlət Mahnı Teatrı “Qarabağ çalarları” musiqili çarxını təqdim etdi

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyinə həsr olunan “Qarabağ çalarları” adlı musiqili çarxı geniş tamaşaçı auditoriyasına təqdim edib.

Kulis.az xəbər verir ki, bu barədə teatrdan bildirilib ki, layihə Qarabağın mədəni ruhunu, azadlıq sevincini və xalqımızın böyük Qələbəsini musiqi, vizual obraz və hisslərin harmoniyasında canlandırır.

Ülviyyə Bəbirli layihənin rəhbəri , Elbəy Məmmədzadədir isə bəstəkarıdır.

“Qarabağ çalarları”nın ideyası - Qarabağın azad olunması ilə dirçələn milli qürurumuzu, Zəfər sevincini və musiqi vasitəsilə ifadə olunan emosional gücü tamaşaçıya yaşatmaqdır.

Qeyd edək ki, “Qarabağ çalarları” Mahnı Teatrının vətənpərvərlik mövzusuna göstərdiyi xüsusi diqqətin növbəti təcəssümüdür. Teatr bu layihə ilə Zəfər yaddaşını musiqinin dili ilə qorumaq, azad torpaqların ruhunu gələcək nəsillərə ötürmək missiyasını daşıyır.

Избранный
6
2
kulis.az

3Источники