RU

Nəsimi rayonunda Zəfər Günü münasibətilə “Abad həyət” sakinlərin istifadəsinə verilib və ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə yeni təmir olunmuş H.B.Əliyev küçəsi 9 və 11 saylı binaların həyətinə 3000 kv.m asfalt vurulub, 2000 kv.m qazon salınıb, 400 p.m yeni bardürlər qoyulub, 50 kub m torpaq işləri görülüb. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd müxtəlif növ ağac, 300 ədəd dekorativ kollar əkilib. Yaşıllıqların suvarılması üçün su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, hazırda daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Избранный
23
3
veteninfo.az

4Источники