RU

Mərkəzi Bank “PAŞA Bank” ASC və “Express Bank” ASC ni cərimələyib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“PAŞA Bank” ASC və “Express Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına yol verildiyi müəyyən edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasına bildirilib.

Bu səbəbdən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən və İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq hər iki bankın vəzifəli şəxsləri 2 000 manat məbləğində inzibati qaydada cərimə olunub.

Qeyd olunur ki, hesabatlıq forması üzrə aşkar edilmiş pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.

Mənbə: banker.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
2
bizimyol.info

3Источники