RU

Rza Cəfərov niyə əvəzedici komandada oyuna çıxıb? baş məşqçi açıqladı

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaxtilə yığmanın və “Neftçi”nin əsas qapıçısı olan Rza Cəfərov, görünür, artıq bir müddət milli komandadan uzaq olacaq. Belə ki, 22 yaşlı kiper artıq əvəzedici komandanın heyətində oyuna çıxır.Maraqlıdı, Rza Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilib, yoxsa biroyunluq yardım edib? Ümumiyyətlə, hansı komanda ilə məşqə çıxır? Suallarımızı “Neftçi-2”in baş məşqçisi Rəşad Abdullayev cavabladı:

“Rza bizə biroyunluq gəlmişdi. Əsas komandada məşq edir. Çünki əsas komandanın üzvüdü. Oyun praktikasına görə məşqçilərindən xahiş etdik ki, gəlsin, bir matçlıq oyuna çıxsın. Köhnə futbolçumuzdu, gəlib bizdə oynamasına şad olduq”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
1
icma.az

2Источники