RU

Zəfər Günü münasibətilə Sabirabadda 2 mindən çox ağac əkilib

Sabirabad, 7 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabadda 8 Noyabr - Zəfər Günü münasibətilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivi, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yol kənarında 1,8 hektar ərazini əhatə edən sahədə 2 mindən çox müxtəlif növdə - alyandra, evkalipt, xan çinarı, zeytun, heyva və nar ağaclarından ibarət yaşıllıq zolağı salınıb.

Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Избранный
28
azertag.az

1Источники