Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Zəfər Gününün 5 illiyi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Unibank” Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, “YAŞAT” Fondunun keçirdiyi marafona 100 min manat ianə edib.
Unibank üçün şəhid və qazi ailələrinə dəstək bankın korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.
“Unibank”ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü göstərir. “Zəfər sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və minnətdarlıqla yaşadılır. Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman “Unibank”ın diqqət mərkəzindədir. Bu dəstək həm borcumuz, həm də qürurumuzdur”, – deyə bankın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.