RU

Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulub - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qazaxıstan onun ikinci prezidentlik dövründə “İbrahim Razılaşmalarına” qoşulan ilk ölkə olub. Tramp bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İsrailin Baş naziri Benyamin Netanyahu ilə üçtərəfli telefon danışığından sonra TruthSocial platformasında yazıb.

“Qazaxıstan ikinci prezidentlik dövrümdə ‘İbrahim Razılaşmalarına’ qoşulan ilk ölkədir və bu, bir çoxunun başlanğıcıdır. Bu, dünyada körpülər qurmaq istiqamətində mühüm addımdır,” – Tramp qeyd edib və yaxın vaxtlarda rəsmi imzalanma mərasiminin keçiriləcəyini əlavə edib.

Axios-un məlumatına görə, bu addım ABŞ-ın dəstəyi ilə İsraillə müsəlman və ərəb dünyası arasında əməkdaşlığı gücləndirən “İbrahim Razılaşmalarını” canlandırmağa yönəlib.

“Kazinform” xəbər verir ki, Ağ Evdə keçirilən danışıqlarda Tramp və Tokayev genişlənmiş strateji tərəfdaşlığın gücləndirilməsi və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) təşəbbüsünə dəstək məsələlərini müzakirə ediblər. Səfər çərçivəsində ABŞ və Qazaxıstan arasında ümumi dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişləri imzalanıb.

N.Təbrizli

Избранный
43
1
anews.az

2Источники