RU

Birliyin melodiyası, Zəfərin harmoniyası (FOTO)

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınınpaytaxtı London şəhərində Azərbaycan xalqının Zəfər Günümünasibətilə məşhur “Kings Place” mədəniyyət mərkəzində İngiltərədəyaşayan soydaşımız, Əməkdar artist, musiqiçi Elçin Şirinovun“Melody of Unity, Harmony of Victory“ (Birliyin melodiyası, Zəfərinharmoniyası) adlı konserti təşkil olunub.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi ilə təşkil olunan konsertdə İngiltərədə yaşayansoydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri, rəsmi şəxslər –Azərbaycan Respublikası Prezidentinin köməkçisi - AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AzərbaycanRespublikasının Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov,Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininşöbə müdiri Səlhət Abbasova iştirak edib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənqəhrəmanların əziz xatirəsi ehtiramla yad olunub, xalqımızın şanlıZəfər tarixi haqqında geniş məlumat verilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin unudulmaz ifadəsini – “Əziz Şuşa, sən azadsan!” ifadəsinibir daha yada salıb, ölkə başçısının qətiyyəti, ordumuzunqəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasınıntarixi əhəmiyyətini bir daha diqqət mərkəzinə gətiriblər.

Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiyamüharibəsində fəal iştirak etməklə torpaqlarımızın işğaldan azadedilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, haqqsəsimizi dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarlaçatdırıblar.

Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olanincəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin cazüslubunda improvizasiyaları səsləndirilib.

Soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri sənətçilərinyüksək peşəkar çıxışlarını sürəkli alqışlarla qarşılayıb,Azərbaycanın tarixi qələbəsinin dünyaya çatdırılmasında “səhnədiplomatiyası”nın əvəzolunmaz rolunu bir daha qeyd ediblər.

Birliyin
Birliyin
Избранный
26
4
az.trend.az

5Источники