“Dövlət Təhlükəsizliyi Xidməti bir neçə ildir ki, rüşvət və korrupsiyaya qarşı mübarizə çərçivəsində xeyli sayda icra başçısını həbs etsə də, hələ də bu həbslərdən nəticə çxıarmayanlar var”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Ekspert qeyd edib ki, mövcud vəziyyət daha sərt və genişmiqyaslı tədbirləri zəruri edir:
“Belə görünür ki, adı rüşvətdə hallanan, korrupsiyaya yol verən, xalqın və Prezidentin etimadını doğultmayan icra başçılarının hamısını birdəfəlik həbs etmək lazımdır. Bəlkə bu yolla sistemi rüşvətxor məmurlardan təmizləmək mümkün oldu”.
Hüquqşüns bildirib ki, bəzi gənc icra başçılarının da adı neqativ əməllərdə hallanmaqdadır:
“Biz düşünürdük ki, gənclərin vəzifəyə gəlməsi ilə daha şəffaf idarəetmənin şahidi olacağıq. Lakin təəssüflər olsun ki, bu sahədə də bəzi problemlər var. Bəzi gənc icra başçılarının da adı neqativ əməllərdə, rüşvət və korrupsiyada hallanır.
Bu və bu kimi faktlar göstərir ki, rüşvət və korrupsiyaya qarşı mübarizədə hələ qət edilməli olan xeyli məsafə var. Lakin istənilən halda dövlətimizin, əlaqədar dövlət qurumlarımızın rüşvət və korrupsiyaya qarşı mübarizəsi təqdirəlayiqdir və bu mübarizə ciddi mətləblərdən xəbər verir. DTX-nın keçridiyi həbslər sübut edir ki, dövlətimiz rüşvət vgə korrupsiyanın kökünü kəsməkdə israrlıdır və bu istiqamətdə ciddi iradə ortaya qoyur. Bu baxımdan DTX-nın rüşvətxor məmurlara qarşı apardığı mübarizə alqışlanmalıdır”.
Seymur ƏLİYEV