RU

“Bu xəbərlər qətiyyən reallığı əks etdirmir”..?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra "rəğbətdən düşdüyü" barədə məlumatlar yalandır.

SİA xəbər verir ki, CNN-in xəbərlərinə münasibət bildirmək istənildikdə, Peskov qısa cavab verib: “Bu xəbərlər qətiyyən reallığı əks etdirmir”.

Kremlin sözçüsü həmçinin Lavrovun Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini yerinə yetirməyə davam edəcəyini vurğuladı.

Xatırladaq ki, Lavrov və Rubio arasında telefon danışığı 20 oktyabrda baş tutub.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, söhbət 16 oktyabrda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə edilən "razılaşmaların həyata keçirilməsi üçün konkret addımlar" üzərində qurulub.

Söhbət zamanı liderlər ikitərəfli sammitin keçirilməsi perspektivini müzakirə ediblər.

Reuters-in məlumatına görə, Lavrov və Rubio arasında şəxsi görüş 23 oktyabra planlaşdırılıb. CNN daha sonra görüşün təxirə salındığını bildirib.

Daha sonra Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı fikir ayrılıqlarına görə Putin və Tramp arasında zirvə görüşünün ləğv edildiyi bildirildi.

Əli Babayev

Избранный
19
1
sia.az

2Источники