RU

Milli Qəhrəmanlar Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edildi

Bakı. Trend:

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Pəncəli Teymurov vəVaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyinedilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı yeniSərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş TeymurovPəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailəüzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatıonların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyacolmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindənproaktiv qaydada aparılıb.

Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızınözlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isəailə üzvlərinə təyin olunaraq ödənilir.

Избранный
62
47
az.trend.az

10Источники