RU

Sumqayıt Qəbələ yə, Şamaxı İmişli yə qalib gəldi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürüb.

QOL.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılır.

"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə 8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşıb. Bu oyunda isə "gənclik şəhəri" təmsilçisi qalib gəlib - 2:0..

Turun digər görüşləri 8 və 9 noyabr tarixlərində keçiriləcək.

7 noyabr (cümə)

16:44. “Qəbələ” – “Sumqayıt” - 0:2

Qol: Rüstəm Əhmədzadə, 54, Aeksandr Ramalinqom, 81 

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Qəbələ şəhər stadionu

13:44. “Şamaxı” – “İmişli” - 1:0 

Qol: Karim Rossi, 78

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli 

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Şamaxı şəhər stadionu

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

18:44. “Zirə” – “Turan Tovuz”

9 noyabr (bazar)

15:44. “Kəpəz” – “Sabah”

18:44. “Qarabağ” – “Neftçi”

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
12
qol.az

10Источники