BAKI, 7 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.
Baş hakim Rəşad Əhmədovun idarrə etdiyi görüşdə ilk qolu 54-cü dəqiqədə qonaqların futbolçusu Rüstəm Əhmədzadə vurub. 81-ci dəqiqədə isə Alexandri Ramalinqom fərqi artırıb.
Bu nəticədən sonra Saşa İliçin rəhbərlik etdiyi "kimyaçılar" xallarını 20-ə çatdıraraq turnir cədvəlinin 3-cü piləsinə yüksəlib. Kaxaber Tsxadadzenin komandası beş xalla turnir cədvəlinin 10-cu pilləsində yer alır.
Qeyd edək ki, "Zəfər turu"nun açılış matçında "Şamaxı" "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.