RU

Bu da onu göstərir ki, milli valyutanın zəifləməsi ərzaq inflyasiyasını artıracaq

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Gələn il manatın məzənnəsini dəyişəcəyi ilə bağlı təhlükə müşahidə olunmur. İdxal-ixrac əməliyyatları arasında müsbət saldo qorunub saxlanılır. Mərkəzi Bank da mütəmadi olaraq bu barədə məlumat verir”.  Bunu iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, bu məlumatı verən Mərkəzi Bank elə manatın istehsalçısı deyil:“Bu sual əslində İqtisadiyyat Nazirliyinə verilməlidir. Çünki tədiyyə balansında ardıcıl şəkildə azalmalar gedir yəni müsbət saldodan sıfırlamaya, hətta mənfiyə doğru bir hərəkət müşahidə olunur.  Əgər bu vəziyyət davam etsə və tədiyyə balansı mənfi saldoya keçsə və bu hal müəyyən dövr ərzində davamlı olaraq qalsa, təbii ki, bu artıq milli valyutaya manata da təsir göstərəcək. Belə vəziyyətdə manatın ucuzlaşması devalvasiyası gündəmə gələ bilər. Ancaq hazırkı mərhələdə makroiqtisadi göstəricilərimiz, idxal-ixrac arasındakı balans, eləcə də xarici borcun ÜDM-ə olan nisbəti və ölkənin maliyyə dayanıqlığı elə bir riskdən danışmağa əsas vermir. Ölkə olaraq biz ərzaq məhsullarının təxminən 70%-ni idxal edirik. Bu da onu göstərir ki, milli valyutanın zəifləməsi ərzaq inflyasiyasını artıracaq və əhalinin sosial vəziyyətinə təsir göstərəcək”.  Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
demokrat.az

1Источники