RU

26 Bakı komissarlarından olan Zevin Peskovun babası imiş

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə mənşəyi açıqlanıb.

AzPost bildirir ki, bu barədə “Proyekt” jurnalının məqaləsində bildirilib.

Rəsmi tərcümeyi-halında Peskovun sovet diplomatı Peskovun ailəsində doğulduğu yazılır. Anas barədə heç bir məlumat verilmir.

Məlum olub ki, Dmitri Peskovun mənşəyi partiya və kəşfiyyat xətlərinin sıx bağlı olduğu sovet nomenklaturasındandır. Dmitri Peskovun ana babası Yakov Zevin 1918-ci ildə güllələnmiş 26 Bakı komissarından biri olub. Yakov Zevin 1917-ci ildə yaranan Bakı kommunasında əmək üzrə xalq komissarı olub.

Ölümündən sonra SSRİ rəhbəri Vladimir Lenin şəxsən onun dul qadınına Moskvada mənzil verib.

Peskovun ulu babası vaxtilə Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə birlikdə Xalq Təhsil Komissarlığında işləyib və Lenin ailəsinin yaxın dostu hesab olunub.

Ailə Presnya küçəsindəki elit bir binada yaşayıb, buradakı qonşular arasında “KQB” və xarici ticarət rəsmiləri də var idi.

Nəşrin məlumatına görə, Peskovun atası, Asiya və Afrika Araşdırmaları İnstitutunun məzunu Sergey Peskov “soyuq müharibə” dövründə sovet kəşfiyyat zabitləri üçün klassik örtük olan “dostluq cəmiyyətləri” adı altında uzun illər Yaxın Şərqdə xidmət edib.

Dmitri Peskov diplomat ailəsində anadan olub və uşaqlığı ezamiyyətlər dövründə keçib. Onun uğurlu karyerası iki evlilikdən sonra başlayıb. İlk həyat yoldaşı Marşal Semyon Budyonnının nəvəsi Anastasiya olub və onun sayəsində diplomat kimi ilk xarici təyinatını Türkiyəyə alıb.

Anastasiyadan ayrıldıqdan sonra Dmitri Peskov diplomat Vladimir Solotsinskinin qızı Yekaterina ilə evlənib. Məhz Vladimir Solotsinski Peskovu Rusiyanın eks-prezidenti Boris Yeltsini 1999-cu ildə Türkiyəyə səfərində müşayiət etməsini tövsiyə edib.

1999-cu ildə Boris Yeltsini Türkiyəyə səfər edəndə Peskov Rusiyanın Anlaradakı səfirliyinin 1-ci katibi vəzifəsində işləyib. O, Yeltsinlə Türkiyə prezidenti Süleyman Dəmirəlin görüşünə tərcüməçilik edib. Məhz o görüşdə Peskovun ruscadan türkçəyə tərcüməçilik məharəti Boris Yeltsinin çox xoşuna gəlib. Bu məharət onun sonrakı karyerasına müsbət təkan verib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
2
azpost.info

10Источники