Dağıstanda Ka-226 vertolyotunun arxa qanadı körpüyə dəydikdən sonra idarəetməni itirib və havada fırlanmağa başlayıb, sonra isə qəzaya uğrayıb və alovlanıb.
Qaziler.az bildirir ki, Hadisənin şahidi Əsədulla Əliyev noyabrın 7-də "İzvestiya"ya bildirib.
"Vertolyot sahil üzərindən uçaraq körpüyə enməyə çalışırdı və arxa qanadını vurdu. Bundan sonra havaya qalxıb fırlanmağa başladı. Qəzaya düşəndə uzaqdan partlayış səsi eşitdim", - deyə o bildirib.
Əliyev faciə yerindən təxminən 5 kilometr aralıda olub və xilasetmə işlərinə ilk gələnlərdən biri idi. O, əlavə edib ki, vertolyot, ehtimal ki, yerli istirahət bazası sahiblərinə məxsusdur.
QAZİLER.AZ