Bakı. Trend:
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” 2022-ci ildətəsdiqləndikdən sonra proqram üzrə sistemli, planlı və sürətlibərpa və quruculuq işlərinə başlanıldı. Geridə qalan dövr ərzindəDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə işğaldanazad olunan ərazilərin Ümumi planı (13600 hektar sahədə)hazırlanıb.
Trend xəbərverir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsitərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan “Zəfər yolu iləBöyük Qayıdış” adlı fotosərgi zamanı Komitənin İşğaldan azadolunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiriRamil Cahangirov məlumat verib.
O bildirib ki, Ümumi plan Nazirlər Kabineti tərəfindəntəsdiqləndikdən sonra növbəti mərhələdə 8 şəhərin Baş planı təsdiqedildi və 4 şəhərin layihə sənədləri ilə bağlı işlər yekunmərhələdədir:
"Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləritəsdiq edilib, daha 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləribaşa çatmaqdadır. Görülən işlər nəticəsində bu günədək 10 rayonun30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmişməcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə o torpaqlarda 60minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır. Bundan əlavəhazırda 20-dən çox yaşayış məntəqəsində tikinti və yenidənqurmaişləri həyata keçirilir və yaxın dövr ərzində yeni köç prosesləribaş tutacaq. Beləliklə, “Böyük Qayıdış” prosesi getdikcə dahaintensiv xarakter alır. Çünki biz ilkin mərhələdə daha çoxplanlaşdırma işi ilə məşğul idiksə, artıq real nəticələr gözönündədir. Bugünkü sərgidə də biz elə həmin nəticələrin bir növhesabatını təqdim edirik.
Bu gün işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturlayanaşı, yol-nəqliyyat şəbəkəsi də qurulur, 3300 km-dən artıq yollarlayihələndirilir və tikilir, dəmir yolları, beynəlxalq havalimanları inşa edilir. Bu il Laçında Beynəlxalq Hava Limanı açıldı,Ağdamda dəmir yolu və avtovağzal kompleksi tikildi. Bütün bulayihələr Qarabağ və Şərqi Zəngəzuru daha dayanıqlı və əlçatan birregiona çevirir. Bu da şəhərsalma və ərazi planlaşdırılmasıaspektindən çox önəmli bir məsələdir”,- deyə R.Cahangirovbildirib.