RU

Nadir Qasımovun “Xəzərin neftçiləri” əsəri ilə demək istədikləri

Bakı, 7 noyabr, AZƏRTAC

Sənətsevərlərin yaddaşına dənizə sədaqəti ilə həkk olunmuş Nadir Qasımov Xəzərin ölməz obrazlarını yaradan rəssamlardandır. O, rəsm əsərlərində Xəzəri gah sakit, gah coşqun, gah da faciəvi günlərimizin şahidi kimi təsvir edir. Rəssamın 1976-cı ildə ərsəyə gətirdiyi, kətan üzərində yağlı boya ilə işlənmiş “Xəzərin neftçiləri” əsərində o, dənizin gücünü və neftçilərin gündəlik həyatının çətinliyini təsvir edib. Həmin illərdə Xəzərdə işləmək təhlükəli idi, amma bu əsərdə qorxudan çox cəsarət, insanın işinə sədaqəti hiss olunur.

Ətraflı AZƏRTAC-ın videoreportajında...

Избранный
98
2
azertag.az

3Источники