Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 7 noyabr, AZƏRTAC
Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərə öz töhfəsini verən Cəlal Quluzadə hazırda bərbər kimi fəaliyyət göstərir. Müharibədən sonra da o, cəmiyyətə faydalı olmaq üçün yorulmadan çalışır.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub.
Nazirliyin tabeliyndə Sosial Xidmətlər Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ona üçotaqlı, tam təmirli mənzil verilib.
Qeyd edək ki, Vətən müharibəsinə könüllü olaraq yollanan Cəlal Füzuli, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 3-cü dərəcə əlilliyi olan döyüşçü müharibə zamanı qapalı kəllə-beyin silkələnməsindən sonra ağır yaralanıb.
O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.