RU

Fələstinin dövlət başçısı Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatıİcraiyyə Komitəsinin sədri Mahmud Abbas Zəfər Günü münasibətiləPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Zati-alinizə və Sizin simanızda Azərbaycan RespublikasınınHökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinciildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdəntəbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycana,Hökumətinizə və xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram.Qürur duyduğumuz dostluq, qardaşlıq və qarşılıqlı hörmətprinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin daha dainkişaf edib möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, hörmətli qardaşım, ən xoş arzularımı qəbuletməyinizi xahiş edirəm".

Избранный
87
19
az.trend.az

10Источники