RU

Neftçi dən ardıcıl beşinci qələbə

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

“Neftçi” Yüksək Qızlar Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın qadınlardan ibarət komandası 5-ci turda “Şəfa”nın qapısından 3 cavabsız top keçirib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qollardan ikisinə Ayşən Salamzadə (12-ci və 14-cü dəqiqələr), birinə isə Alina Nəhmədova (59-cu dəqiqə) imza atıblar.

Qeyd edək ki, 5 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşan “Neftçi” 6-cı turda “Araz-Naxçıvan”ın qonağı olacaq. Noyabrın 10-da “Rekord Arena”da baş tutacaq görüş saat 13:00-da start götürəcək.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
sportal.az

3Источники