RU

“Şuşasız Qələbə tam olmazdı” – Nigar Məmmədova

“Beş il əvvəl Azərbaycan dövlətçiliyinin tarixində dönüş yaradan Qələbə əldə olundu. 44 gün davam edən Vətən müharibəsi xalqın iradəsini, ordunun gücünü və rəhbərliyin strateji uzaqgörənliyini birləşdirdi. Bu müharibənin ən böyük rəmzi Şuşanın azadlığı idi. Prezident İlham Əliyev döyüşlər zamanı dəfələrlə qeyd etmişdi ki, “Şuşasız Qələbə tam olmazdı.” Bu fikir Şuşanın həm tarixi, həm də mənəvi baxımdan nə qədər mühüm olduğunu göstərirdi. Azərbaycan Ordusu 27 sentyabrdan başlayan əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə və yüzlərlə kəndi azad etdi. Hərbi sahədəki uğurlarla yanaşı, informasiya müharibəsində də ölkəmiz üstün mövqe qazandı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Xatırladaq ki, beş il əvvəl Azərbaycan tarixində yeni bir dövr başlandı. Uzun illər davam edən ədalətsizliyə son qoyularaq, ölkə öz gücünü, milli iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Həmin günlərdə Azərbaycan xalqı yalnız torpaqlarını deyil, həm də öz qürurunu və dövlətinin qüdrətinə olan inamını geri aldı. Bu zəfər təkcə keçmişin hesabı deyil, həm də gələcəyə inamla baxmağın, yeni inkişaf mərhələsinə qədəm qoymağın simvoluna çevrildi.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynayıb.

Избранный
36
aznews.az

1Источники