RU

Kasım-Jomart Tokayev Donald Trampı “Allahın elçisi” adlandırdı

Vaşinqtona səfəri zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev amerikalı həmkarı Donald Trampın xarici və daxili siyasətini tərifləyib: “Əminəm ki, siz “yuxarıdan” göndərilmiş böyük dövlət xadimisiniz”, – deyə Tokayev ingilis dilində bildirib.

Qazaxıstan Prezidenti Trampın “sağlam düşüncəni və ənənəvi dəyərləri bərpa etmək” istəyini qeyd edib. O, ABŞ Prezidentinin “müdrik və güclü siyasətinin” bütün dünyada dəstəkləndiyinə və “bir çox ölkənin milyonlarla insanının və liderinin ona minnətdar olduğunu” deyib. Kasım-Jomart Tokayev Donald Trampın özünü sülhməramlı kimi qəbul etməsini bölüşür: “Sizin köməyinizlə səkkiz müharibə başa çatıb”.

Bu gün Amerika yeni “qızıl dövrə” qədəm qoyur və bu, qazaxıstanlıları “qanun və qaydaya əsaslanan güclü və ədalətli bir dövlət qurmağa” ruhlandırır, – deyə Tokayev əlavə edib.
Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib ki, Tokayevin ABŞ-a səfəri zamanı iki ölkənin şirkətləri 17 milyard dollardan çox dəyərində müqavilələr bağlayıblar.

//Samir Qurbanov, Editor.az

Избранный
76
editor.az

1Источники