RU

Daimi içki içmək bu riski yaradır Xəbərdarlıq

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Alkoqolun daimi istifadəsi beyində qanaxma – hemorragik insult riskini əhəmiyyətli dərəcədə artırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Massaçusets Universitetinin alimləri “Neurology” jurnalına istinadən məlumat yayıblar.

Tədqiqatlara görə, hemorragik insult dünyada ən ölümcül xəstəliklərdən biri olaraq qalır və çox vaxt ciddi beyin zədələnmələrinə və əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Məlumatda qeyd olunub ki, xəstələrin həyat tərzi bu riskdə mühüm rol oynayır. Daimi və ya mülayim alkoqol istifadəsi beyin qanaxması ehtimalını 70 faizədək artırır. Həmçinin alkoqoldan uzunmüddətli istifadə damarların elastikliyini azaldır, xroniki damar xəstəliklərinə, yaddaşın zəifləməsinə və qan dövranının pozulmasına səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, alkoqolun təsiri altında qan təzyiqi artır, damarlar daha kövrək hala gəlir və bu da beynə qan sızması riskini yüksəldir. Bu amillər kompleks şəkildə təsir göstərərək xüsusilə gənclərin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
60
qafqazinfo.az

1Источники