RU

Yüz kiloqramdan çox çəkisi olan qızıl unitaz hərraca çıxarılır – 10 milyon dollara

İtalyanın konseptualist rəssamı Mauritsio Kattelan tərəfindən hazırlanan unikal qızıl unitaz "Sotheby's" hərracının əsas lotu olacaq. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "The New York Times" qəzeti yazıb.

Onun başlanğıc qiyməti 10 milyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Bildirilib ki, 100 kiloqramdan çox çəkisi olan 18 karatlı qızıldan hazırlanmış "Amerika" adlı unitaz noyabrın 18-də Nyu-Yorkda hərraca çıxarılacaq.

M.Kattelan, həmçinin 6,2 milyon dollara satılan divara lentlə yapışdırılmış banandan ibarət olan "Komediyaçı" instalyasiyası ilə də məşhurdur.

FOTO QALEREYA
Избранный
35
avtosfer.az

1Источники