ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, qarşılama zamanı o, Orbanı “böyük lider” adlandırıb.
Görüş zamanı tərəflər Macarıstanın Rusiyadan neft aldığı üçün ABŞ sanksiyalarından azad edilməsi, Rusiya-Ukrayna müharibəsi və ABŞ-la Macarıstan arasında iqtisadi əlaqələri müzakirə edəcəklərini bəyan ediblər.