RU

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib YENİLƏNİB

Azərbaycan xalqının milli bayramı - Zəfər Günü qonşu Gürcüstanda da coşqu və sevinclə qeyd olunur. Gürcü politoloqlar bu bayram münasibətilə azərbaycanlı dostlarını təbrik ediblər.

Gürcü politoloq, tarix elmləri doktoru, Gürcüstanın Əməkdar jurnalisti Badri Naçkebiya AZƏRTAC-a müsahibəsində deyib: “Mən bütün qəlbimlə əziz azərbaycanlı dostlarımızı Zəfər Günü – qələbənin beşinci ildönümü münasibətilə təbrik edirəm. Bu qələbə sülh yolunda çox ciddi bir addım oldu və bu qələbə nəticəsində Cənubi Qafqaz sülhün, yaradıcılığın və rifahın regionuna çevriləcək”.

Onun sözlərinə görə, əvvəllər bəzi qüvvələr Azərbaycanın bu qələbəsinin regiona mənfi nəticələr gətirə biləcəyindən ehtiyat edirdilər. Amma onlar yanılırdılar. Azərbaycanın başqa yolu yox idi, yalnız müharibə yolu ilə sülhü qazanmaq mümkün idi və bu, Azərbaycanın bacardığı bir iş oldu. Bu gün artıq Ermənistanla aparılan danışıqların uğurlu nəticəsi olaraq təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda sülhün möhkəmlənməsi üçün çox ciddi konturlar yaranıb.

“Düşünürəm ki, bu, həm də Gürcüstan üçün bir nümunə olacaq, çünki bu halda biz ümid edirik ki, zərbə yalnız müəyyən separatçılara deyil, ümumilikdə Cənubi Qafqazdakı separatizm hərəkatına da vurulub. Buna görə də ümid edirik ki, yaxın gələcəkdə artıq Cənubi Qafqaz formatında bütün problemlərimizi sülh yolu ilə həll etməyə nail olacağıq. Cənubi Qafqaz sülhün, yaradıcılığın və rifahın regionuna çevriləcək”, – deyə Naçkebiya vurğulayıb.

Избранный
92
azerbaijan-news.az

1Источники