RU

"Əgər 50 qol buraxırsansa, "ilk 4-lük"də olmaq üçün 150 qol vurmalısan" - Alleqri

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri komandanın müdafiə oyununu necə yaxşılaşdırdığını izah edib.

Sportal.az xəbər verir ki, Alleqri oyun taktikasından danışarkən bunları qeyd edib:

"Müdafiəni necə düzəltdim? Sadəcə uşaqlara dedim ki, biz çox qol buraxırıq. Əgər 50 qol buraxırsansa, "ilk 4-lük"də olmaq üçün 150 qol vurmalısan.

Bu, sadəcə riyaziyyat məsələsidir, burada xüsusi bir şey icad etməyə ehtiyac yoxdur. Və əlbəttə ki, biz qol imkanlarımızdan daha yaxşı istifadə etməliyik".

saytlarin hazirlanmasi

Избранный
102
1
sportal.az

2Источники