RU

Daha bir ölkədə hökumət Lukoyl-un aktivlərini almaq istəyir

Rusiyanın Lukoyl şirkəti ABŞ sanksiyalarına görə Moldovadakı fəaliyyətini dayandırır.

Musavat.com xəbər verir ki, Moldova hökuməti onun aktivlərini almaq istəyir. Ölkənin energetika naziri Dorin Jungetunun sözlərinə görə, oktyabr ayında tətbiq edilən ABŞ sanksiyaları səbəbindən Lukoyl 21 noyabr 2025-ci il tarixindən etibarən yanacaq tədarük edə bilməyəcək. Vaşinqton şirkətin hesablarını bloklayıb və biznesi İsveçrənin Gunvor şirkətinə satmaqdan imtina edib.

Moldova hökuməti sabit təchizatı təmin etmək üçün Lukoyl-un anbarını və resurslarını almağı təklif edib.

Nazir qeyd edib ki, Moldova sanksiyalara qoşulur, lakin eyni zamanda ABŞ-dan yanacaq tədarükündə fasilələrin qarşısını almaq üçün Lukoyl-un fəaliyyətinə müvəqqəti olaraq icazə verməsini istəyir. Ölkə həmçinin Rumıniya və Bolqarıstanla alternativ təchizat mənbələri üçün danışıqlar aparır.

 

Musavat.com

Избранный
59
musavat.com

1Источники