RU

Xaqan Əhməd şahmat üzrə Avropa çempionu olub

ain.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanlı yeniyetmə şahmatçısı Xaqan Əhməd Monteneqronun Budva şəhərində keçirilən Avropa Gənclər Çempionatının qalibi olub.

İdman.Biz-in məlumatına görə, 14 yaşadək açıq kateqoriyada yarışan şahmatçı doqquz turda 7,5 xal toplayaraq birinci yeri tutub.

Xaqan Əhmədin qızıl medalı ilə yanaşı, Azərbaycan komandasının daha iki üzvü fəxri kürsüyə yüksəlib. Mehriban Əhmədli (10 yaşadək qızlar) 7,5 xal toplayaraq gümüş, Məryəm Ağaverdiyeva (16 yaşadək qızlar) isə yeddi xalla üçüncü yeri tutub.

Turnir İsveçrə sistemi ilə keçirilib və doqquz turdan ibarət olub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
66
2
icma.az

3Источники