RU

Kadi xəstəxanadan mesaj göndərdi: “Mən geri dönəcəm, sizi sevirəm” - FOTO

“Hər bir idmançı həyatında çətin anlar yaşayır, amma bu, bizim başımıza gələndə inanmaq çətin olur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges şəxsi “Instagram” hesabında paylaşımında qeyd edib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdə ayağından zədələnən 29 yaşlı yarımmüdafiəçi hisslərini belə ifadə edib:

“Bu vəziyyət nə üzümdən təbəssümü, nə də bunun prosesdə bir hissə olduğuna olan inamımı ala bilər. Əminəm ki, bu andan çox şey öyrənərək daha güclü şəkildə geri dönəcəyəm.

Məhəbbət və qayğı dolu bütün mesajlarınıza görə hamınıza ürəkdən təşəkkür edirəm. Mən sizi çox sevirəm və hər birinizi qəlbimdə daşıyıram”.

Sol fibula sümüyündə sınıq aşkarlanan Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Bu isə braziliyalı futbolçunun ən azı “Napoli” və “Ayaks”a qarşı matçlarda iştirak etməyəcəyi deməkdir.

Избранный
65
2
sportinfo.az

3Источники