RU

Rusiya helikopterinin vurulmasına Prezidentin ilk reaksiyası belə olub Nazir 5 il sonra açıqladı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2020-ci ildə Vətən müharibəsi dövründə Naxçıvan istiqamətində Rusiyaya məxsus helikopterin vurulması zamanı Prezident İlham Əliyevlə danışığını və dövlət başçısının hadisəyə ilk reaksiyasını açıqlayıb.

Teleqraf xəbər verir ki, Ceyhun Bayramov İTV-yə müsahibəsində hadisə baş verdikdən sonra Prezident İlham Əliyevin verdiyi göstərişlərdən danışıb.

Nazir müsahibəsində bunları deyib:

“Həmin gün müqavilə üzrə çox intensiv iş gedirdi. Artıq axşam saatları idi, yekunlaşma üzrə hazırlıq gedirdi. Prezident zəng edib təlimatlar verirdi. Biz mətn üzərində çalışırdıq, Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılırdı. Axşam saatları idi, hökumət telefonuna zəng gəldi. Mən telefonu götürdüm. Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Ramiz Tahirov idi. Bildirdi ki, bu barədə müdafiə nazirinin də məlumatı var. Naxçıvan istiqamətində helikopterin vurulması barədə məlumat verdi.

Bu, sevindirici xəbər deyildi, amma müharibə gedirdi və məlumatlar hissə-hissə daxil olurdu. Məlum oldu ki, helikopter Rusiyaya məxsusdur. Pilotlar da Rusiya vətəndaşlarıdır. Bu, ciddi məsələ idi. Cənab Prezidentlə əlaqə saxlamaq yeddi dəqiqə sonra mümkün oldu. O vaxta qədər cənab Prezident artıq məlumata sahib idi. Onun reaksiyasını xüsusi qeyd etmək istəyirəm: Prezident dedi ki, hadisədən xəbərdaram. Bizdən dərhal rəsmi açıqlama hazırlamağımızı tapşırdı.

Açıqlamada yazılan tezislərin ardıcıllığını da cənab Prezident özü müəyyənləşdirdi: hadisəyə gətirən səbəblər, hərbi əməliyyatların davam etməsi, həmin marşrut üzrə helikopterin uçuş həyata keçirməməsi, faciəvi təsadüf, üzrxahlıq və kompensasiya məsələsi.”

Nazir qeyd edib ki, Azərbaycan açıqlama yayanda Rusiya mediasında hələ heç bir məlumat yer almamışdı:

“Azərbaycan Xarici İşlər Nazirliyi dövlət adından dərhal, vaxt uzatmadan, oyun oynamadan məsələni izah etdi, üzr istədi, başsağlığı verdi və kompensasiya ilə bağlı hazır olduğunu elan etdi.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
2
globalinfo.az

3Источники