RU

Meksika: İranın İsrail səfirinə sui-qəsd planı ilə bağlı məlumatlar əsassızdır

BAKI, 8 noyabr. TELEQRAF

Meksika Xarici İşlər Nazirliyi və vətəndaş təhlükəsizliyi qurumları İsrailin bu ölkədəki səfirinə qarşı iddia olunan İran xüsusi xidmət orqanları tərəfindən hazırlanan sui-qəsd planı barədə məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə iki nazirliyin birgə bəyanatında bildirilib.

“Xarici İşlər Nazirliyi və Təhlükəsizlik və Vətəndaş Mühafizəsi Nazirliyinin İsrail səfirinə qarşı iddia edilən sui-qəsd barədə heç bir məlumatı yoxdur”, - sənəddə qeyd olunub.

Meksika XİN vurğulayıb ki, ölkə hökuməti bütün diplomatik nümayəndəliklərlə açıq və daimi dialoqu davam etdirməyə hazırdır. Təhlükəsizlik Nazirliyi isə əlavə edib ki, bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq milli suverenlik çərçivəsində və koordinasiyalı şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl "Axios" portalı ABŞ və İsrail rəsmilərinə istinadla iddia etmişdi ki, İranın “Əl-Qüds” adlı xüsusi bölməsi 2024-cü ilin sonu - 2025-ci ilin ilk aylarında Meksikada İsrail səfiri Eynat Krants-Naygerə qarşı sui-qəsd planı hazırlayıb.

Избранный
77
teleqraf.com

1Источники