RU

Tramp Mərkəzi Asiyanın beş ölkəsi ilə keçirilən sammitin yekunlarını açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünən Ağ Evdə MərkəziAsiyanın beş ölkəsinin liderləri – Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,Tacikistan Prezidenti Emomali Rəhmon, Qırğızıstan Prezidenti SadırJaparov və Türkmənistan Prezidenti Sərdar Berdimuhammedovla sammitkeçirmək onun üçün böyük şərəf olub.

Trend xəbər verir ki, Trampbu barədə "Truth Social" sosial platformasında paylaşım edib.

Prezidentin sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları sonotuz il ərzində bu ölkələrə lazımi diqqət göstərməyib. O, Avropa,Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Mərkəzi Asiyanınstrateji əhəmiyyətini vurğulayaraq, regionun zəngin təbiisərvətlərə – nadir minerallara, karbohidrogenlərə və yüksək insanpotensialına malik olduğunu qeyd edib.

Tramp bildirib ki, “C5+1” formatının 10 illiyi çərçivəsindəmilyardlarla dollar dəyərində kommersiya razılaşmaları imzalanıb.Onun sözlərinə görə, bu sazişlər ABŞ-da aviasiya, mədənçilik, kəndtəsərrüfatı, dəmir yolu, avtomobil və texnologiya sahələrində onminlərlə yeni iş yerinin yaradılmasına töhfə verəcək.

ABŞ Prezidenti keçirilən görüşün Birləşmiş Ştatlar iləQazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanarasında münasibətlərin “yeni və perspektivli mərhələsininbaşlanğıcı” olduğunu qeyd edib.

Избранный
101
1
az.trend.az

2Источники