Şəki Kommersiya Məhkəməsi iki MMC rəhbərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, “Green Project 2022” MMC və “TNT Engineering” MMC-nin vergi və sosial sığorta borcları yarandığı üçün barələrində məhkəməyə müraciət olunub.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə verərək hər iki MMC rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib.
Məlumata görə, “Green Project 2022” MMC-nin vergi və sığorta borcu 17 min manat, “TNT Engineering” MMC-nin isə təxminən 3 min manat təşkil edir.