RU

Qəzzada atəşkəsə nəzarət İsraildən alındı

Qəzza zolağında atəşkəsə nəzarət İsrail rəhbərliyindən ABŞ tərəfindən yaradılan koordinasiya mərkəzinə keçib.

Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti mənbələrə istinadən yayıb.

Nəşr vurğulayır ki, ABŞ "kövrək atəşkəsi qorumaq üçün Qəzzada mövcudluğunu gücləndirir", bununla da "İsraili Fələstin anklavına necə və hansı humanitar yardımın axacağını müəyyən etməkdə ikinci dərəcəli rola keçirir". ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi qeyd edib ki, cümə günü başa çatan keçiddən sonra israillilər müzakirələrdə iştirak edəcəklər, lakin qərarlar daha geniş qurum tərəfindən veriləcək.

Nəşr izah edir ki, nəzarət "Qəzza sərhədi yaxınlığında cənubi İsraildə qurulan hərbi-mülki koordinasiya mərkəzi"nə keçir. ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokinsin sözlərinə görə, bu, Qəzzada "baş verənləri daha yaxşı başa düşməyə" imkan verəcək.

Musavat.com

Избранный
24
2
musavat.com

3Источники