RU

İCLAS və VƏD: Məqsədi dedilər, şəraiti də düzəldəcəklər

«Karvan»ın maddi-texniki şəraiti daha da yaxşılaşacaq. Klub rəhbərliyi futbolçulara belə bir vəd verib.

Yevlaxda keçirilən toplantıda komandanın mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, builki məqsəd Premyer Liqada qalmaqdır. Bildirilib ki, klubun hədəfləri mərhələli şəkildə inkişaf etməkdir və artıq bu istiqamətdə müəyyən işlər görülüb.

Qeyd olunub ki, zamanla bütün çatışmazlıqlar aradan qalxacaq və «Karvan» iddialı duruma gətiriləcək.

«Sarvanlar» 14 illik fasilədən sonra qayıtdığı çempionatın ilk 10 turunda 5 xal toplayıb. Kollektiv bu göstərici ilə turnir cədvəlinin 11-ci pilləsində yerləşib.

SPORTİNFO.AZ

Избранный
44
sportinfo.az

1Источники