RU

Masazır çempionluğa namizəd olan “Sabah”ı niyə əzizləmir? – cəmi 860 azarkeş...

“Sabah” Misli premyer-liqasında yeni mövsümü uğurla davam etdirir.

Masazır təmsilçisi 2025/26 “futbol ili”ndə ilk və yeganə məğlubiyyətini avqustun 31-də evdə “İmişli”yə qarşı oyunda yaşayıb (0:1). Bu o deməkdi ki, “bayquşlar” iki aydan çoxdu uduzmur. Məsələnin qəribə tərəfi isə çempionluq ehtimalı yüksək olan komandanın lazımi azarkeş dəstəyi ala bilməməsidi. Dəqiq desək, “Sabah” yeni mövsümdə 5 ev matçı keçirib. “İmişli”, “Turan Tovuz”, “Sumqayıt”, “Zirə” və “Qəbələ”yə qarşı oyunları, uyğun olaraq, 1200, 820, 711, 971 və 600 tamaşaçı stadiondan izləyib. Deməli, “bayquşlar”ın ev oyunlarına maraq orta hesabla cəmi 860 nəfəri əhatə edir.

Bəs, bunun səbəbi nədi? Həm büdcəinə, həm də keyfiyyətinə görə xeyli rəqibini qabaqlayan və imkanlarını nəticələrdə də nümayiş etdirməyi bacaran kollektivin ev oyunlarında – 8900 tamaşaçı tutumuna malik Bank Respublika Arena”da niyə daha çox tərəfdara rast gəlmirik? Problemin kökündə nə dayanır?

“Football-plus.az”ın suallarını “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavabladı:
“Adətən, mövsüm ərzində keçirilən oyunlarda azarkeş sayı fərqli ola bilir. Burda bir neçə məqam rol oynayır - oyunun keçirilmə vaxtı, matçın azarkeşlər üçün əhəmiyyətlilik dərəcəsi, hava şəraiti və s. Məsələn, bir oyuna mövsümün əvvəlində gələn azarkeş sayı ilə mövsümün həlledici anlarında gələn azarkeş sayı arasında fərq var. Əlbəttə, son bir neçə oyunla müqayisədə daha çox tamaşaçının gəldiyi oyunlarımız olub. Hətta əvvəlki mövsümlərdə elə turlar olub ki, azarkeş rekordu məhz doğma "Bank Respublika Arena"da qırılıb. İstənilən halda, azarkeş marağı ilə bağlı yekun dəyərləndirməni mövsümün sonunda olacaq statistik göstəricilərə əsasən müəyyənləşdirmək olar”.
Xatırladaq ki, “Sabah”ın 1-ci turda “Qarabağ”a qaşı keçirməli olduğu ev oyunu ağdamlıların Çempionlar Liqasında çıxışına görə təxirə salınıb. Həmin matç dekabrın 18-də olacaq.

KƏNAN BAHADIR
Избранный
38
1
football-plus.az

2Источники